Prokurorluq orqanlarına qəbul imtahanının ikinci mərhələsi yekunlaşıb
26 Fevral 2010 Cümə 21:35
Prokurorluq orqanlarına qəbul müsabiqəsinin üçüncü mərhələsinə 96 nəfər keçib
Bu gün Azərbaycan Respublikası Prokurorluğuna işə qəbulla əlaqədar keçirilən imtahanların ikinci mərhələsinin nəticələri açıqlanıb. Müsabiqənin yazılı imtahan mərhələsində iştirak etmiş 275 nəfərdən 96 namizəd müvəffəqiyyət əldə edərək imtahanların son - müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə və Baş Prokurorluq üzrə müvafiq qaydalara uyğun olaraq imtahanların ikinci mərhələsində uğur qazanan namizədlər mart ayının 1-dən etibarən Ədliyyə Nazirliyinin Baş Tibb idarəsində tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsahibə mərhələsində iştirak edə biləcəklər.
Yazılı imtahan mərhələsindən müvəffəqiyyətlə keçmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.genprosecutor.gov.az) və Qəbul otağındakı lövhədə yerləşdirilib.

Müsahibə mərhələsi 2010-cu il mart ayının 9-dan başlayaraq Baş Prokurorluğun inzibati binasında keçiriləcək. Namizədlər həmin gündən başlayaraq növbəlilik qaydasında müsahibəyə dəvət ediləcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar