Prezident Elmin İnkişafı Fonduna 3 milyon manat ayırıb
04 Noyabr 2011 Cümə 19:31
İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəklənməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Elmin İnkişafı Fondu üçün Prezidentin ehtiyat fondundan 3 milyon manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar