Paytaxtda porno filmə baxan 18 yaşlı gənc dünyasını dəyişdi
18 Dekabr 2009 Cümə 15:05
2-ci qrup əlil Zamin Əmiraslanovun meyidi alt paltarında aşkar edilib.
Bakının Xətai rayonu ərazisində ölüm hadisəsi baş verib.
Dekabrın 17-də saat 15 radələrində Nobel prospekti 155 saylı evdə yaşayan 18 yaşlı Zamin Əmiraslanov dünyasını dəyişib. Meyidi qardaşı və atası aşkar ediblər. Elman Əmiraslanov oğlunun boğularaq öldürülməsi ilə bağlı dərhal Daxili İşlər Nazirilyinin “102” xidmətinə məlumat verib. Hadisə yerinə Xətai rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları gəliblər. Xarici müayinə zamanı Zamin Əmiraslanovun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Ailə üzvlərinin verdiyi məlumata görə o, əvvəllər ürək xəstəliyi ilə əlaqədar cərrahi əməliyyat olunub və 2 -ci qrup əlil imiş.

Qeyd edək ki, ölümündən bir neçə dəqiqə qabaq Zaminin pornoqrafik filmlərə baxması müəyyən edilib. Meyit isə aşkar edilən zaman alt paltarında olub. İçərisində bir neçə film olan disklər isə hüquq- mühafizə orqanları əməkdaşları tərəfindən götürülüb.

Hazırda fakt üzrə Xətai rayon Prokurorluğu tərəfindən müvafiq yoxlama aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar