PA şöbə müdiri bəzi universitet rəhbərlərini tənqid edib
02 İyun 2012 Şənbə 14:20
Elnur Aslanov: "Bəzi universitetlərdə təəssüflər olsun ki, tələbə təşkilatlarına lazımi qiymət verilmir"
“Bəzi universitetlərdə təəssüflər olsun ki, tələbə təşkilatlarına lazımi qiymət verilmir.
Bəzi universitetlərdə tələbə-gənclər təşkilatlarına münasibət rektorat və ali təhsil ocağının rəhbərliyi tərəfindən nə infrastruktur baxımından, nə də şərait yaratmaq baxımından lazımi səviyyədə deyil. Bunu açıq bəyan etmək lazımdır”.
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. O qeyd edib ki, hər bir universitetdə tələbə təşkilatı üçün xüsusi şərait yaradılmalıdır: “Tələbə təşkilatları öz hüquqlarından istifadə edərək, daha səmərəli, daha güclü təşkilata çevrilməyə çalışmalıdır”.
DOSTLARINLA PAYLAŞ: