Özəl ali məktəblərdə jurnalistika hazırlığı dayandırılıb
13 İyul 2012 Cümə 11:52
Növbəti illərdə həmin özəl təhsil müəssisələrində jurnalistikaya qəbul bərpa oluna bilər.
Ali məktəblərdən jurnalistika ixtisasına qəbulun dayandırılması həmin təhsil müəssisələrində jurnalist hazırlığının qənaətbəxş olmaması ilə əlaqədardır.
Həmin ali təhsil müəssisələrində jurnalistika hazırlığının keyfiyyəti ilə bağlı müəyyən monitorinqlər keçirilib və bu nəticəyə gəlinib”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib.
Nazirin sözlərinə görə, bu qərar hansısa qurumun deyil, Prezident yanında Təhsil Komissiyasının gəldiyi qərardır. M. Mərdanov bildirib ki, bununla belə, növbəti illərdə həmin özəl təhsil müəssisələrində jurnalistikaya qəbul bərpa oluna bilər: “Keyfiyyət yüksək olarsa, Azərbaycan cəmiyyəti həmin universitetlərdə jurnalist hazırlığının keyfiyyətinə müsbət yanaşarsa, qəbulu bərpa edə bilərik”.
DOSTLARINLA PAYLAŞ: