Orta təhsilin müddətinin 12 il olması təklif edilir
28 Dekabr 2011 Çərşənbə 12:50
Bu yaxınlarda təsdiqlənməsi gözlənilən 10 illik Milli Təhsil Strategiyasında orta təhsilin müddətinin 12 il olması təklif edilib.
APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 2011-ci ilin tələbə qəbulunun yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
O bu məsələnin hələlik müzakirə olunduğunu bildirib.
Təhsil Nazirliyinin ümumtəhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov isə çıxışında bildirib ki, orta təhsil pilləsinin 12 il nəzərdə tutulması mütərəqqi haldır: “Amma 12 illik təhsil müddəti icbari ola bilməz. Bu halda icbari təhsil yalnız 10 il ola bilər”.
DOSTLARINLA PAYLAŞ: