Bakı. İlhamə İsabalayeva - APA. Martın 20-dən 29-a qədər Azərbaycan ərazisində qeyri-iş günü elan olunması ilə əlaqədar orta məktəblərdə yaz tətilinin müddəti uzadılıb.
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov
APA-ya bildirib ki, orta məktəblərdə yaz tətili martın 16-dan 23-ə qədər nəzərdə tutulsa da, Nazirlər Kabineti martın 20-dən 29-a qədər ölkədə qeyri-iş günün elan edilməsi ilə bağlı qərar verdiyi üçün orta məktəblərdə martın 16-da da dərslər keçiləcək. Yaz tətili isə martın 17-dən başlayacaq və martın 28-29-a qədər davam edəcək. Altı günlük tədris sistemi ilə fəaliyyət göstərən məktəblərdə şagirdlər dərsə martın 28-də gedəcəklər. Beş günlük tədris sistemi ilə işləyən məktəblərdə isə dərslər martın 29-da başlayacaq.
Yaz tətilinin müddətinin uzadılması digər tətillərin vaxtına təsir göstərməyəcək.