Orta məktəblərdə işləmək istəyənlərin nəzərinə
13 İyul 2012 Cümə 12:01
Vakant müəllim yerləri üçün keçirilən imtahanda iştirak etmək üçün 10 mindən çox ərizə verilib.
Təhsil Nazirliyinə məktəblərdə vakant müəllim yerləri üçün keçirilən imtahanda iştirak etmək üçün 10 mindən çox ərizə daxil olub. ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

"Bu rəqəm hər gün və hər saat dəyişir. Biz gözlədiyimizdən qat-qat artıq ərizə verilib. Çox ciddi müsabiqə gözlənilir", - o deyib.

Nazir narahatlıq doğuran faktın daha çox ərizənin ibtidai sinif müəllimliyinə verilməsi ilə bağlı olduğunu bildirib.

"Müsabiqə ilə bağlı ciddi işlər aparılır. Əminəm ki, müəllimlərin qəbulunu bu qaydada aparmaqla Azərbaycan təhsilinin keyfiyyətini yüksəldə biləcəyik", - nazir deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar