Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayır
04 Aprel 2013 Cümə Axşamı 12:10
Ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu mayın 17-dək davam edəcək.
Aprelin 9-dan 2013/2014-cü tədris ili üzrə ali və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib. Onun sözlərinə görə, ərizələrin qəbulu mayın 17-dək davam edəcək.

Abituriyentlər aprelin 15-dən mayın 17-dək təqdim etdikləri ərizəni təsdiq etdirməlidirlər: “Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün abituriyentlər internet vasitəsilə TQDK-nın rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalı və lazımi sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər. Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyənlər müvafiq təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına lazımi sənədlərlə yanaşı sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış və özləri haqqında məlumat təqdim etməlidirlər.




DOSTLARINLA PAYLAŞ:

oyunlar