Orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanının vaxtı açıqlandı
19 Avqust 2011 Cümə 11:49
İmtahan avqustun 28-də olacaq
Orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanının vaxtı açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 28-də saat 13:00-da başlayacaq.

Məlumata görə, həmin gün Bakıda 12915, Sumqayıtda, 1956, Naxçıvanda 1070, Gəncədə 4052, Lənkəranda 2102, Göyçayda 1824, Şəkidə 1714, Mingəçevirdə 1273, Şirvanda 1632, Ağcabədidə 850, Xaçmazda 1861 abituriyent imtahan verəcək.

Orta ixtisas təhsil müəssisələrinə qəbul olunmaq istəyənlər 1,5 saat müddətində Azərbaycan dili, tarix və riyaziyyatdan hərəsi 15 sual olmaqla suallar toplusunu cavablandırmalıdırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar