Orta ixtisas təhsil müəssisələlərinə ərizə qəbulunun vaxtı açıqlandı
27 İyul 2012 Cümə 11:43
Elektron ərizələrin təsdiqi üçün avqustun 24-dək vaxt veriləcək.
Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı açıqlanıb. Ərizə qəbulu avqustun 1-dən başlayacaq. Bu barədə məlumatı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu günkü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, abituriyentlərə elektron ərizələrin doldurulması üçün avqustun 24-dək vaxt veriləcək. Abituriyentlər elektron ərizələrini doldurmalı, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən sənəd qəbulu komissiyalarına təqdim edərək təsdiqlətdirməlidirlər. Komissiya hər gün saat 9.00-dan 17.00-dək fəaliyyət göstərir.

Qeyd edək ki, bu il ümumi orta təhsil bazasında 47 orta təhsil müəssisəsinə qəbul aparılacaq. Ayrılmış plan yerlərinin sayı 10404-dür.


DOSTLARINLA PAYLAŞ:

oyunlar