Orta ixtisas məktəblərinə qəbul imtahanının nəticələri açıqlandı
02 Sentyabr 2011 Cümə 17:48
Nəticələr TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının nəticələrini açıqlayıb. Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında ayrılmış 9642 plan yerinə 31251 abituriyent sənəd verib. Onlardan 30768 nəfəri imtahanda iştirak edib, 442 abituriyent imtahana gəlməyib. Nəticələr TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

TQDK-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, abituriyentlərdən 55 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə, imtahandan xaric olunub və nəticələri ləğv olunub.
Abituriyentərdən 9227 nəfəri orta ixtisas təhsili müəssisələrinə qəbul olublar.

Qəbul olanlar sentyabrın 6-dan 14-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar