Oməktəbləri qızıl və gümüş medalla bitirən məzunlara güzəşt olmayacaq
01 İyul 2011 Cümə 12:18
Bu il orta məktəbləri qızıl və gümüş medalla bitirən məzunlara ali məktəblərə qəbul imtahanlarında heç bir güzəşt olmayacaq.
“Bu il orta məktəbləri qızıl və gümüş medalla bitirən məzunlara ali məktəblərə qəbul imtahanlarında heç bir güzəşt olmayacaq. Çünki Azərbaycanın “Təhsil haqqında” qanunda güzəşt sözü yoxdur”. APA-nın məlumatına görə, bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

O deyib ki, medal vermə mexanizmi, Təhsil Nazirliyinin qiymətləndirmə meyarları özünü təsdiqləsə, məzunların attestatdakı qiymətləri onların real biliklərini əks etdirsə, TQDK ali məktəblərə qəbul qaydalarını dəyişdirəcək: “Bu zaman təkcə medal alanlar yox, ümumiyyətlə bütün abituriyentlər üçün ali məktəblərə qəbul mərhələsində orta məktəbdə əldə etdiyi nailiyyətlər hesablanacaq. Artıq bu istiqamətdə iş aparırıq”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar