Oğuz Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad olunub
01 Avqust 2011 Bazar Ertəsi 19:33
İmaməddin Abbasovu bu postda Göygöl Polis Şöbəsinin rəis müavini Habil Əmiraslanov əvəz edib.
Azərbaycanda daha bir rayonun polis rəisi dəyişdirilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Oğuz Rayon Polis Şöbəsinin rəisi İmaməddin Abbasov tutduğu vəzifədən azad edilib.
Nazirin digər əmri ilə Göygöl Rayon Polis Şöbəsinin rəis müavini Habil Əmiraslanov Oğuz rayonuna polis rəisi təyin edilib. İ. Abbasovun isə sərəncamda olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: