Nergiz Paşayeva orden aldı
26 May 2013 Bazar 11:44
Nergiz Paşayeva Azərbaycanla Fransa arasında əməkdaşlığın inkişafı naminə uzun müddət səy göstərən qadın kimi xarakterizə olunub.
Mayın 24-də Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya Fransanın Akademik Palma ordeninin zabit dərəcəsinə layiq görülüb. Təqdimat mərasimi Fransanın Azərbaycandakı səfirliyində keçirilib.
Mərasimdə Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, xarici dövlətlərin Azərbaycanda akkreditə edilmiş səfirləri, ölkənin bir sıra digər görkəmli elm, təhsil, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye mərasimi açaraq Nərgiz Paşayevanı “Azərbaycanla Fransa arasında əməkdaşlığın inkişafı naminə uzun müddət səy göstərən qadın” kimi xarakterizə edib.
Qeyd edək ki, bir gün öncə səfir Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusa Fransanın Şərəf Legionu Kavaleri Ordenini təqdim eləmişdi. Hər iki ali mükafat 200 illik tarixə malikdir.
DOSTLARINLA PAYLAŞ: