Nazir məktəblərdə istilik sisteminin işə düşməsinin gecikməsinin səbəblərini açıqlayıb
17 Noyabr 2012 Şənbə 12:13
Misir Mərdanov: "Hər hansı qəzanın olmasındansa, istilik sisteminin bir neçə gün gec işə düşməsi daha yaxşıdır"
“Hazırda ölkə məktəblərinin qış mövsümündə istilik sistemi təminatı ilə bağlı yoxlamalar aparılır. Yaxın günlərdə yoxlamalar başa çatdıqdan sonra məktəblərin hər biri istilik sistemi ilə təmin olunacaq”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, mövsümün əvvəlində qazdan istifadə ilə bağlı müəyyən problem yaranıb: “Lakin bu, qazın olmaması ilə deyil, ondan istifadə ilə bağlıdır. Baş vermiş hadisələr nəticəsində hətta ölüm halları olub. Ona görə də müvafiq dövlət orqanları kütləvi istifadə yerlərində buna çox ehtiyatla yanaşır. Hesab edirəm ki, bu, çox düzgün addımdır. Bir neçə gün gec olsun, amma heç bir problemin olmaması üçün hər şey tamamilə yoxlanılsın. Hələ ki, hava yaxşı keçir. Ona görə də hər hansı qəzanın olmasındansa, istilik sisteminin bir neçə gün gec işə düşməsi daha yaxşıdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar