Avqustun 11-dən 18-dək Naxçıvan şəhərində təşkil olunacaq yeddinci “Liderlik məktəbi”nə qeydiyyat başlanılıb. ANS PRESS-in məlumatına görə “Liderlik məktəbi” – Nəqşicahan” layihəsi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), Gənclər və İdman Nazirliyinin dəstəyi, Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə baş tutacaq.
ATGTİ-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, ali təhsil müəssisələrinin I və II kurs tələbələri http://atgti.az/offer/20130703085311154.html ünvanında qeydiyyatdan keçə bilərlər.
“Liderlik məktəbi”ndə tələbələr üçün liderlik, PR-sosial media, layihənin yazılması və idarə olunması, protokol qaydaları və digər təlimlər keçiriləcək. Təlim iştirakçılarının yeni ideya və təkliflərinin ATGTİ tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.
Naxçıvanda liderlik mektebi
Naxçıvanda liderlik mektebi iştirakçılarının yeni ideya ve tekliflerinin ATGTİ terefinden heyata keçirilmesi nezerde tutulub.




Şərhlər