Müəllimlərin yaş həddini hökumət müəyyən edəcək
08 Sentyabr 2009 Çərşənbə Axşamı 15:05
İşdən çıxan müəllimlərin normal yaşayışını dövlət təmin etməlidir
Təqaüd yaşına çatmış müəllimlərin hansı yaşda işdən uzaqlaşdırılması məsələsi hələ aydın deyil. Təhsil naziri Misr Mərdanov bildirib ki, müəllimlərin işləmək üçün tələb olunan yaş həddini müəyyən etməklə bağlı səlahiyyətlər hökumətə tapşırılıb. «Yaş məsələsini müəyyənləşdirməklə bağlı dəqiq fikirlər hələlik yoxdur. Çox güman ki, dünyanın müxtəlif ölkələrində bununla bağlı qərarlara, şərtlərə əsaslanıb bir meyar müəyyənləşdiriləcək».

Bununla belə nazir qeyd edib ki, dünyanın bir çox ölkələrində 65 yaşdan sonra insanların dövlət təhsil müəssisələrində işləmək hüququ yoxdur. Onun sözlərinə görə, bu yaşdan sonra dövlət müəllimlərin normal yaşayışını da təmin etməlidir. M.Mərdanovun sözlərinə görə, yaşlı müəllimlərin işdən çıxarılması gənc kadrların işlə təminatına kömək edəcək.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar