Müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi başladı
15 May 2014 Cümə Axşamı 17:19
Pedoqoqların biliyinin Sınaq Qiymətləndirilməsi ilə bağlı hazırlıqlara başlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iyun ayında keçirilməsi nəzərdə tutulan paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi ilə bağlı hazırlıqlara başlanılıb.
İdarədən ANS PRESS-ə verilən məlumata görə, bu məqsədlə, bu gün Bakı şəhərinin ümumtəhsil müəssisələrinin direktorları ilə görüş keçirilib. Görüş zamanı məktəb direktorları Sınaq Qiymətləndirilməsinin əsas məqsəd və mahiyyəti barədə məlumatlandırılmış və sualları cavablandırılıb. Bununla yanaşı paytaxtın 12 rayonu üzrə ümumtəhsil müəssisələrində dərs deyən müəllimlərlə də yerlərdə görüşlərin keçirilməsinə və onların da Sınaq Qiymətləndirilməsi barədə məlumatlandırılmasına başlanacaq.
Sınaq Qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədilə keçirilir.
DOSTLARINLA PAYLAŞ: