Müəllimlər üçün informatika və ingilis dili kursları təşkil olunacaq
29 Dekabr 2009 Çərşənbə Axşamı 21:50
Müəllimlər üçün informatika və ingilis dili kursları təşkil olunacaq. Təhsil Nazirliyi yeni qanunun əsasında 35 sənəd hazırlayıb.
"Təhsil Nazirliyinin növbəti ildə əsas fəaliyyət istiqaməti müəllimlərin ixtisasının artırılması olacaq".
Bu fikri Azərbaycanın təhsil naziri Misir Mərdanov bugün ilin yekunlarına dair mətbuat konfransında bildirib. Onun sözlərinə görə, müəllimlərin ixtisaslarının artırılması üzrə mexanizm hazırlanıb. 2010-cu ildə ibtidai sinif müəllimləri üçün informatika və ingilis dili üzrə kurslar da təşkil olunacaq.

"2009-cu ildə Azərbaycan məktəblərindəki müəllimlərin sayı azalaraq 173 mindən 170 min nəfərə çatıb. Bu, inamsızlıqla, həm də yeni müəllimlərin daha dəqiqliklə seçilməsi ilə əlaqədardır", - deyə nazir əlavə deyib.
Misir Mərdanovun sözlərinə görə, "Təhsil haqqında" yeni qanun əsasında nazirlik 35 sənəd hazırlayıb və hazırda həmin sənədlər müvafiq müəssisələrdə ekspertizadan keçirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar