Moskvada azərbaycanlı tələbələrin bilik yarışması keçirilib
22 Noyabr 2011 Çərşənbə Axşamı 00:01
Yarışda Rusiyanın 14 tanınmış universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “AMOR Liqası” çərçivəsində Moskvada təhsil alan azərbaycanlı tələbələr arasında “Nə? Harada? Nə vaxt?” yarışmasının seçmə oyunu keçirilib. “AMOR Liqası”nın əlaqələndiricisi Natiq Əliyevin AzərTAc-a verdiyi məlumata görə, yarışda Rusiyanın 14 tanınmış universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Tədbirin aparıcısı “Nə? Harada? Nə vaxt?” Klubları Beynəlxalq Assosiasiyasının “Büllur bayquş” mükafatına layiq görülmüş Rövşən Əsgərov olub.
Gərgin keçən mübarizədə Moskva Maliyyə Universitetinin komandası qalib gələrək final oyununda iştirak etmək hüququ qazanıb.
DOSTLARINLA PAYLAŞ: