Moskva Dövlet Universiteti Bakı Filialı elan
20 İyul 2013 Şənbə 10:44
Moskva Dövlet Universiteti Bakı Filialı telebe qebulu elan edir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2013/2014-cü tədris ili üçün aşağıdakı ixtisaslar üzrə (bakalavr səviyyəsi, rus bölməsi) tələbə qəbulu elan edir:
1. Filologiya – 25 yer (rus və xarici filologiya):
a) rus filologiyası – 7 yer
b) xarici filologiya (ingilis, italyan) – 18 yer
2. Tətbiqi riyaziyyat – 25 yer
3. Kimya – 25 yer.
4. Psixologiya – 25 yer
5. İqtisadiyyat – 25 yer:
a) iqtisadiyyat – 13 yer
b) menecment – 12 yer

Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı Qəbul komissiyası tərəfindən aparılan qəbul imtahanlarında yalnız TQDK-nın keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan abituriyentlər iştirak edə bilərlər.

Qəbul imtahanları aşağıdakı fənlər üzrə aparılacaq:
1. Filologiya fakültəsi:
a) rus filologiyası:
rus dili (yazılı, ifadə)
rus ədəbiyyatı (yazılı, inşa)

b) xarici filologiya:
rus dili (yazılı, ifadə)
rus ədəbiyyatı (yazılı, inşa)
xarici dil (yazılı)

2. Kimya fakültəsi:
rus dili (yazılı, ifadə)
riyaziyyat (yazılı)
kimya (yazılı)

3. Tətbiqi riyaziyyat fakültəsi:
rus dili (yazılı, ifadə)
riyaziyyat (yazılı)

4. Psixologiya fakültəsi:
rus dili (yazılı, ifadə)
biologiya (yazılı)

5. İqtisadiyyat fakültəsi:
riyaziyyat (yazılı)
rus dili (yazılı, ifadə)

Müsabiqə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı qəbul komissiyasının keçirdiyi imtahanların nəticələri əsasında aparılacaq.
Qəbul imtahanlarında iştirak etmək istəyənlər universitetin qəbul komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. 2013 / 2014-cü tədris ili üçün ali məktəblərə keçirilən test imtahanlarında toplanılan ballar haqqında TQDK-nın arayışı.
2. Tam orta təhsil haqqında sənədin (attestat) əsli.
3. Şəxsiyyət vəsiqəsi (əsli).
4. 3x4 sm ölçüdə 8 ədəd fotoşəkil.
MDU-nun Bakı Filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.
Filialın tədris fəaliyyəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris plan və proqramları əsasında həyata keçirilir. Tədris, əsasən, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu təqdim ediləcəkdir. Sənədlər 16 iyul – 7 avqust 2013-cü il tarixlərində saat 10.00-dan 18.00-dək qəbul olunacaq.

Qəbul imtahanları 8 – 12 avqust 2013-cü il tarixlərində keçiriləcək.
Ünvan: Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi, 14 (metronun Elmlər Akademiyası stansiyasının yanı). Əlaqə telefonu: (012) 510 96 08, (012) 598 93 19


DOSTLARINLA PAYLAŞ:

oyunlar