Moskva Dövlət Açıq Universiteti Bakı filialının tələbələrinin təhsillərini davam etdirəcəkləri ali
09 Sentyabr 2010 Cümə Axşamı 12:25
Köçürülmə təhsilini Azərbaycanda davam etdirmək istəyən tələbələrə şamil edilir.
Təhsil naziri Misir Mərdanovun əmri ilə fəaliyyəti dayandırılan Moskva Dövlət Açıq Universitetinin Bakı filialının tələbələri 4 ali məktəbə köçürülür.
Təhsil Nazirliyindən verilən məlumata görə, "Tərcümə və tərcüməşünaslıq", "Müəssisənin iqtisadiyyatı və idarəedilməsi" və "Hüquqşünaslıq" ixtisaslarında təhsil alan tələbələr "Odlar Yurdu" Universitetində, "İdarəetmənin menecmenti" ixtisasında təhsil alan tələbələr Bakı Biznes Universitetində, "Dünya iqtisadiyyatı" ixtisasında təhsil alan tələbələr Azərbaycan İctimai-Siyasi Universitetində, "Avtomobil və avtomobil təsərrüfatı", "İbtidai sinif müəllimliyi" ixtisaslarında təhsil alan tələbələr isə Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetində təhsillərini davam etdirəcəklər. Köçürülmə Təhsil Nazirliyinin məlumat bankında adları olan, Moskva Dövlət Açıq Universitetinin Bakı filialında təhsil alan və təhsilini Azərbaycanda davam etdirmək istəyən tələbələrə şamil edilir.
Qeyd edək ki, Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş 19.11.2007-ci il tarixli lisenziya bu il aprelin 27-də ləğv edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: