Misirli Tələbələr Azərbaycan Diplomatik Akademiyasında olublar
31 Avqust 2012 Cümə 17:00
Misirin Ain-Şəms Universitetinin Ədəbiyyat və dil departamentində Azərbaycan dilini öyrənən tələbələr Azərbaycan Diplomatik Akademiyasına baş çəkiblər.
 ADA-dan APA-ya verilən məlumata görə, tələbələr Azərbaycana Beynəlxalq Gənclər Kooperasiyası proqramı çərçivəsində səfər ediblər.

Tədbiri giriş sözü ilə açan ADA-nın prorektoru Fariz İsmayılzadə qonaqlara ADA-dakı akademik proqramlar, ADA-nın yeni kampusu və Dədə Qorqud parkı haqqında ətraflı məlumat verib. Daha sonra ADA-nın ixtisasartırma kurslarının direktoru Aygün Haciyeva ADA-dakı ixtisasartırma proqramları və keçən 5 ildə əldə edilmiş nailiyyətlərdən danışıb.

Təqdimatlardan sonra tələbələr ADA-nın yeni kampusu və Dədə Qorqud parkı haqqında qısa film seyr ediblər. Tədbirin sonunda ADA-nın nümayəndələri misirli tələbələrin suallarını cavablandırıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar