Misir Mərdanov: ““Son zəng” yenə də məktəb daxilində təşkil olunacaq”
11 May 2012 Cümə 11:01
Təhsil naziri 10-15 günə tədbirlə bağlı əmr imzalayacağını deyib.
“Orta məktəblərdə “Son zəng” tədbirləri əvvəlki illərdə olduğu kimi, yenə də məktəb daxilində təşkil olunacaq”.

APA-ın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov bildirib. Nazir “Son zəng” keçirilməsi ilə bağlı 10-15 günə əmr imzalayacağını deyib: “Əvvəlki illərdə atdığımız addımları bu il də atacağıq. Çünki son illər “son zəng”in təşkili ilə bağlı elə bir ciddi problemlə rastlaşmamışıq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar