Misir Mərdanov məktəb direktorlarını günahlandırdı
17 Noyabr 2012 Şənbə 12:46
Nazir: "Ən çox müəllimə ehtiyac fiziki tərbiyə üzrədir"
2012-2013-cü tədris ili üzrə ümumtəhsil müəssisələrində 3270 vakant yer müəyyənləşdirilib. Vakant yerlərin 293-ü Bakı şəhırində, 2977-si respublikanın digər rayon və şəhərlərinin payına düşüb. Peşə liseyləri üzrə isə 48 vakant yer olub. Ümumilikdə 3270 vakant yerə 2797 nəfər işə qəbul olunub.
APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov “2012-2013-cü tədris ilində müəllimlərin işə qəbulunun nəticələri”nə həsr olunan kollegiya iclasında deyib.
O bildirib ki, vakant yerlərə ən çox ibtidai sinif və ingilis dili fənləri üzrə sənədlər daxil olub: “Bu tədris ili üçün 143 ibtidai sinif müəllimi yerinə 3764, xarici dil müəllimi işləmək üçün 247 vakant yerə 2731 nəfər sənəd verib. Ən çox müəllimə ehtiyac isə fiziki tərbiyə üzrə olub”.
Təhsil naziri çıxışı zamanı bəzi rayonlardakı orta məktəb direktorları və rayon təhsil şöbələrinin müdirlərini vakant iş yerlərini gizlətməkdə günahlandırıb: “Çox təəssüf ki, müəllimlərin işə qəbulu ilə bağlı yerlərdən aldığımız məlumatlar həqiqətləri əks etdirmir. Bəzi məktəb direktorları və rayon təhsil şöbələri hələ də gizli vakant yerlər saxlamaqla məşğuldurlar”.
DOSTLARINLA PAYLAŞ: