Misir Mərdanov imtahan nəticələrindən razı deyil
02 Mart 2011 Çərşənbə 12:51
Nazir buraxılış siniflərində təhsil alan şagirdlərin bilik səviyyəsinin aşağı olmasından narahatdır
“Bu yaxınlarda keçirilən buraxlış siniflərində keçirilən sınaq imtahanlarının nəticələri məni qane etmir”. Bunu təhsil naziri Misir Mərdanov ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsində deyib. Nazir bilik səviyyənin aşağı olmasından narahatdır. Onun sözlərinə görə, bu nəticələr qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin yüksək nəticə göstərə biləcəklərini çətinləşdirir.
M.Mərdanov nazirliklə TQDK-nın təhsil sahəsindəki problemləri aradan qaldırmaq üçün qarşılıqlı əməkaşlıq çərçivəsində iş aparıldığını qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar