Misir Mərdanov Ermənistana dəvət edilib
24 May 2011 Çərşənbə Axşamı 13:26
Azərbaycanlı nazir Misir Mərdanov Boloniya prosesi ilə bağlı keçiriləcək tədbirdə iştirak üçün dəvət alıb.
Azərbaycanın təhsil naziri Misir Mərdanov Ermənistana dəvət edilib. Bu barədə məlumat "Novosti Armeniya" saytında yer alıb. Məlumata görə, Ermənistanın elm və təhsil naziri Armen Aşotyan M.Mərdanovla bərabər Türkiyənin təhsil nazirinə də dəvət ünvanlayıb. Aşotyan nazirləri ilin ikinci yarısında Boloniya prosesi ilə bağlı keçiriləcək tədbirdə iştirak üçün dəvət edib.
Qeyd edək ki, Ermənistan və Polşa iyulun 1-dən dekabrın 31-nə kimi Boloniya prosesinə sədrlik edəcəklər. Bununla bağlı olaraq erməni tərəfi bir sıra tədbirlər keçirməyi planlaşdırır.
1998-ci ildə Fransa, Almaniya, İtaliya və Böyük Britaniya təhsil nazirləri və 29 Avropa dövlətinin nümayəndələri arasında 19 iyun 1999-cu ildə Boloniya (İtaliya) şəhərində razılıq imzalanıb. Bu razılığın hazırlanması və yayılması Boloniya prosesi adlanır. Bu prosesin təşkilatçıları sonrakı illərdə Praqada (2001), Berlində (2005), Londonda (2007) görüşmüş və məsləhətləşmələr aparmışlar. Hal hazırda bu proses 46 ölkəni əhatə edir. Boloniya prosesinin həyata keçirilməsində bir çox Azərbaycan ali məktəbləri iştirak edir.
Boloniya prosesi üç əsas məqsəd daşıyır: çevikliyi, beynəlxalq rəqabətə davamlığı və məşğulluq imkanını artırmaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: