Misir Mərdanov: “Bu il 14 min məzun attestat ala bilməyəcək”
22 İyun 2010 Çərşənbə Axşamı 13:05
Təhsil naziri Misir Mərdanov artıq Bakı və Sumqayıtda attestatların verilməsinə başlanıldığını bildirib.
Bu il respublika üzrə 11-ci sinfi bitirən 92002 şagirddən 88815-i (96,54%) buraxılış imtahanında iştirak edib. Həmin şagirdlərin 74832-si müvəffəq qiymət alıb.

APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, builki göstərici ötən ildəkindən təqribən 10% yüksəkdir. M. Mərdanov bildirib ki, Bakıda Təhsil Nazirliyinə tabe olan və ali təhsil müəssisələrinin nəzdindəki məktəblər üzrə imtahanda 23222 nəfər 11-ci sinif şagirdindən 23037 nəfər (99,20%) iştirak edib. Onlardan 21441-i nəfər müvəffəq qiymət alıb.

Nazirin sözlərinə görə, Gəncə, Mingəçevir, Sumqayıt şəhərləri üzrə imtahanda 8168 şagirdin iştirakı nəzərdə tutulsa da, onlardan 8048-i bu imtahanlara qatılıb, 7420 şagird müvəffəq qiymət alıb.

Azərbaycanın 59 kənd məktəbinin 11-ci sinfini bitirən 60152 şagirddən 57273-ü buraxılış imtahanında iştirak edib, onlardan 45 515-i müvəffəq qiymət alıb.

Nazir deyib ki, ötən tədris ilində attestat ala bilməyən 8586 nəfər 11-ci sinif məzunundan 6413-ü bu il imtahanda iştirak edib. Onlardan 3852-si müvəffəq qiymət, 2173 nəfər isə “qeyri-kafi” alıb.

Artıq Bakı və Sumqayıtda attestatların verilməsinə başlanılıb. Bu gündən digər rayon və şəhərlərdə də attestatların verilməsinə başlanacaq. Nazir bu il təqribən 14 min məzunun attestat ala bilməyəcəyini vurğulayıb: “Ötən il isə bu rəqəm 18325 idi”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar