Misir Mərdanov: “12 illik təhsilə keçidlə bağlı qanunvericilikdə dəyişiklik olunacaq”
16 Fevral 2012 Cümə Axşamı 12:00
10 illik təhsil icbari olacaq.
“Hələ “Təhsil haqqında” qanun qəbul olunarkən, Təhsil Nazirliyi olaraq biz ciddi-cəhdlə çalışdıq ki, orta məktəblərdə 12 illik təhsilə keçilsin.Təəssüf ki, o zaman bu baş tutmadı. Amma qanunun qəbulundan bir müddət keçəndən sonra hamı görür ki, bir çox ölkələrdə – dünya ölkələrinin təxminən 90 faizində məhz 12 illik təhsil tətbiq olunur. Ona görə də yəqin ki, bizim də qanunvericilikdə dəyişiklik olunacaq və 12 illik təhsilə keçməklə bağlı qərar qəbul ediləcək”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib.

Nazir bildirib ki, 12 illik təhsilə keçilərsə, 10 illik təhsil icbari olacaq: “Qalan 2 illik təhsili isə şagirdlər əsasən, ali məktəblərə gedərkən verəcəkləri qəbul imtahanları üzrə hazırlaşacaqlar. Bununla, həmçinin bu gün Azərbaycan cəmiyyətində çox ciddi problem olan repetitorluğun qarşısına müəyyən bir sədd çəkiləcək”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar