Milli Kitab mükafatının qalibləri bəlli oldu
01 İyun 2010 Çərşənbə Axşamı 19:05
"Azercell"in sponsorluğu ilə keçirilən Milli Kitab mükafatının qalibləri açıqlanıb.
7 aydan bəri davam edən və hər kəs tərəfindən maraqla qarşılanan “Milli Kitab” mükafatının qaliblərinin adları açıqlanıb. Münsiflər heyətinin qərarı nəticəsində I yerə Elxan Qaraqanın “A” romanı, II yerə Əjdər Olun “Portret hekayələr” adlı əsəri, III yerə isə Fəxri Uğurlunun “hekayələr” toplusu və Samit Əliyevin “Günbatana doğru yeddi addım” əsərləri layiq görülüb.

Mükafatların təqdim olunma mərasimində çıxış edən “Milli Kitab” mükafatının təsisçisi Nigar Köçərli verdiyi dəstəyə görə baş sponsor “Azercell Telekom” MMC-yə öz minnətdarlığını bildirib. Qalibləri təbrik edən “Azercell Telekom” MMC-nin nümayəndəsi Fəxri Abbasov Azərbaycanın zəngin ədəbi irsindən bəhs edərək əcdadlarımız tərəfindən uğurla qoyulmuş bu təməlin hər zaman möhkəmləndirilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, “Azercell Telekom” MMC fəaliyyətə başladığı gündən bir çox sosial layihələrə dəstək verib. Bu dəstək incəsənət və mədəniyyət, təhsil və elm, idman və sağlamlıq eyni zamanda uşaqlara qaygı sahəsində özünü göstərib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar