Milli Elmlər Akademiyasının Gəncə bölməsi olacaq
19 Dekabr 2012 Çərşənbə 20:01
Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsinin təsis edilməsi haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinə AMEA ilə birlikdə bölmənin tərkibinə daxil edilmək məqsədilə Humanitar Tədqiqatlar İnstitutunun, Diyarşünaslıq İnstitutunun, Nizami Gəncəvi Mərkəzinin, Bioresurslar İnstitutunun, Nəbatat Bağının, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun və Aqrar Problemlər İnstitutunun yaradılmasını təmin etmək tapşırılıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar