Milli Elmlər Akademiyasına 5 milyon manat ayrılıb
20 May 2011 Cümə 20:44
Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Milli Elmlər Akademiyasına 5 milyon manat ayrılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazası möhkəmləndiriləcək. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına 5 milyon manat, o cümlədən Akademiyanın Mərkəzi Kitabxanasının yeni binasının tikintisinə başlamaq üçün 2 milyon manat, “Akademiya şəhərciyi” ərazisində yerləşən Fizika və Geologiya institutları, eləcə də Sumqayıt şəhərində yerləşən Polimer Materialları İnstitutunun binalarının əsaslı təmiri üçün onların hər birinə 1 milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi müvafiq vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin edəcək. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar