Mikayıl Cabbarov universitet rektoruna xeberdarlıq etdi
30 İyul 2013 Çərşənbə Axşamı 17:37
Mikayıl Cabbarov rektor Yadigar Aliyeve imtahan gedişinde yol verilmiş neqativ halların qarşısının alınması üçün vaxtında tedbirler görmediyine göre şiddətli töhmet verib.
İyulun 29-da təhsil naziri Mikayıl Cabbarov vətəndaşların yerlərdə qəbulu məsələləri ilə bağlı Gəncədə olub. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüş keçirilib.

Həmin gün Gəncə Dövlət Universitetində yerli təhsil orqanlarının rəhbərlərinin iştirakı ilə regional müşavirə keçirilib. Tədbirdə Gəncə və Naftalan şəhərlərinin, Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarının təhsil şöbələrinin müdirləri iştirak edib.

Gəncə Dövlət Universitetində imtahan sessiyasının gedişində yol verilmiş neqativ halların qarşısının alınması üçün vaxtında tədbirlər görmədiyinə görə nazir tərəfindən universitetin rektoru Yadigar Əliyevə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar