Mikayıl Cabbarov tehsildeki veziyyetden danışdı
29 May 2013 Çərşənbə 17:04
Biz xarici dillərdə danışacaq, qloballaşmanın təqdim etdiyi imkanlardan istifadə edəcək gəncləri böyütməyə can atırıq.
İqtisadi uğurların davam etdirilməsi üçün Azərbaycan insan kapitalını inkişaf etdirməlidir. Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunda çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, zəngin təbii ehtiyatlara malik ölkə hələ yoxsulluqdan sığortalanmayıb: "Ona görə də təhsil və kadr hazırlığı məsələlərinə böyük diqqət ayrılmalıdır. Bunun üçün ölkədə təhsilin inkişafı ilə bağlı qısa, orta və uzunmüddətli hədəflər müəyyənləşdirilib".

Qısamüddətli perspektivlərdən danışan nazir vurğulayıb ki, Azərbaycanda artıq 1800 tələbənin faydalandığı xaricdə təhsil üzrə Dövlət Proqramı uğurla həyata keçirlir: "Dünyanın ən yaxşı ali məktəblərində tələbələrin təhsil xərclərini ödəyən dövlətin rolunu vurğulamaq lazımdır. Əgər proqramın həyata keçirilməsinin birinci ilində onda 60 tələbə iştirak etmişdisə, bu il onların sayı 600 nəfər olub".

Onun sözlərinə görə, ortamüddətli proqram artıq dünyanın aparıcı ali məktəbləri ilə birgə təhsil proqramlarında iştirak edən yerli ali məktəblərin inkişafına istiqamətlənib.

Cabbarov bildirib ki, uzunmüddətli perspektivdə isə Azərbaycanda birinci dərəcəli təhsilin təqdim olunması planlaşdırılır: "Biz xarici dillərdə danışacaq, qloballaşmanın təqdim etdiyi imkanlardan istifadə edəcək gəncləri böyütməyə can atırıq. Biz inqilabi müvəffəqiyyət üçün çıxış etmirik, istəyirik ki, o, mütərəqqi olsun".


DOSTLARINLA PAYLAŞ:

oyunlar