Mikayıl Cabbarov sefirleri qebul etdi
31 İyul 2013 Çərşənbə 20:16
Mikayıl Cabbarov sefirleri qebul etdi. Görüşde ölkeler arasında tehsil sahesinde emekdaşlıq müzakire mövzusu olub.
Bu gün təhsil naziri Mikayıl Cabbarov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye və Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin daimi işlər müvəkkili Volfqanq Mössinger ilə görüşüb.
ANS PRESS-in Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki görüş zamanı ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Bununla yanaşı, ikitərəfli görüşlərdə ali məktəblər arasında əməkdaşlıq, orta və ilk peşə-ixtisas təhsili sahəsində birgə layihələr, təqaüd proqramları ilə bağlı məsələlər müzakirə edilib.
DOSTLARINLA PAYLAŞ: