Mikayıl Cabbarov Şamaxıya gedib
22 İyun 2013 Şənbə 14:35
Mikayıl Cabbarov Şamaxı şeherinde vetendaşları qebul edib.
İyunun 22-də təhsil naziri Mikayıl Cabbarov Şamaxıda vətəndaşları qəbul edib. ANS PRESS-in məlumatına görə,
Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şamaxı, habelə Ağsu, İsmayıllı və Qobustan rayonlarından gəlmiş vətəndaşların müraciətləri dinlənilib.

Adları çəkilən rayonların təhsil şöbələri müdirlərinin, eyni zamanda nazirliyin digər tabeli qurumlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşlar əsasən işə götürülmə, dərs saatlarının artırılması, məktəb və uşaq bağçalarının təmiri, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil haqqı və köçürmələrlə əlaqədar müraciət edib.
Əksər məsələlər yerindəcə, operativ şəkildə həllini tapmış, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınmış və nəzarətə götürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar