Mikayıl Cabbarov Naxçıvana gedib
17 May 2013 Cümə 20:24
Mikayıl Cabbarov Naxçıvane gedib. Sefer zamanı naziri Tehsil Nazirliyinin mesul emekdaşları müşayet edib.
Bu gün Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.
ANS PRESS-in məlumatına görə, ilk öncə təhsil naziri Naxçıvan şəhərinin mərkəzi meydanında yerləşən Heydər Əliyevin abidəsini ziyarət etmiş, buradan Heydər Əliyev muzeyinə yola düşüb.
Heydər Əliyev muzeyində ümummilli liderin həyat və fəaliyyəti ilə bağli unikal eksponatlarla tanışlıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüş keçirilib.
Görüşdən sonra Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun, Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədrinin birinci müavini Azər Zeynalovun, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyevin iştirakı ilə Naxçıvan Dövlət Universitetinin akt zalında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 may 2013-cü il tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmiş Saleh Məhərrəmovun ali məktəbin kollektivinə rəsmi təqdimatı keçirilmişdir.
Çıxışında Azərbaycan Respublikasının təhsil naziri Naxçıvan Dövlət Universitetinin yaradılması tarixinə toxunmuş, Saleh Məhərrəmova yeni fəaliyytində uğurlar arzu etmişdir. Naxçıvan Dövlət Universitetinin nailiyyətlərini qeyd edən nazir, yeni rektorun qarşısında duran məqsəd və vəzifələrdən danışıb.
Naxçıvan Dövlət Universitetinin kollektivi ilə aparılan fikir mübadiləsi zamanı müəllim nüfuzunun bərpa olunması, müəllimlərin layiq olduqları səviyyədə yaşamaları ücün ali təhsil müəssisələrinin iqtisadi fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə edilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə əməli işlərin görüləcəyi ilə bağlı məlumat görüş iştirakçılarının diqqətinə çatdırılıb
.
Azərbaycan Respublikasının təhsil naziri Naxçıvan Dövlət Universitetinin maddi-texniki bazası, burada təhsil alan yerli və xarici tələbələrin tədris və yataqxana şəraiti ilə taniş edilmiş, universitetin mövcud qabaqcıl təcrübəsi barədə nazirə məlumat verilib.
Səfər zamanı Mikayıl Cabbarovu Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul əməkdaşları müşayət edib.
DOSTLARINLA PAYLAŞ: