Mikayıl Cabbarov mekteblerde şagirdlerin döyülmesinden danışdı
26 May 2013 Bazar 00:51
Belə hallara qarşı barışmaz olacağıq.
“Şagirdlərin müəllimlər tərəfindən döyülməsi qanunvericilikdə nəzərdə tutulmayan haldır. Azərbaycan dünyəvi, demokratik, şamının hüquqlarının qorunduğu dövlətdir. Biz belə hallara qarşı barışmaz olacağıq”. ANS PRESS-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Şirvanda jurnalistlərə açıqlamasında deyib.

Mikayıl Cabbarov müəllimlərin attestasiyası ilə bağlı bildirib ki, tədris səviyyəsinin yüksəldilməsi istiqamətində dərindən araşdırmalar aparılır. Nazir tələsik və emosional qərarların verilməsinin tərəfdarı olmadığını açıqlayıb. Mikayıl Cabbarov repetitorluq probleminin mövcud olduğunu təsdiqləyib və bunun köklü səbəblərinin olduğunu vurğulayıb.

O ki qaldı müəllimlərin maaşlarına, nazirin bu barədə suala cavabı belə olub: “Biz hökumətə o zaman maaşların artırılması ilə bağlı təkliflər verəcəyik ki, bunu əsaslandıra bilək. Buna hansı müddətdə və meyarlarla baxılması üçün təkliflərimizi əsaslandırmalıyıq”.

Nazir fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində (ABU) diplomsuz qalan məzunların aqibəti ilə bağlı suala cavabında deyib ki, bu məsələ qanunvericilik çərçivəsində həyata keçiriləcək. Onun sözlərinə görə, araşdırmalar aparılır: “Bu məsələdə qanundan kənara çıxmamalıyıq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar