Təhsil

Mikayıl Cabbarov görüş keçirdi

Təhsil naziri Mikayıl Cabbarov İsveç Krallığı, Polşa və Macarıstanın səfirləri ilə ikitərəfli görüşlər keçirib.

· Xəbərçi
Mikayıl Cabbarov görüş keçirdi
Bu gün təhsil naziri Mikayıl Cabbarov İsveç Krallığı, Polşa və Macarıstanın ölkəmizdəki səfirləri ilə ikitərəfli görüşlər keçirib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşlərdə İsveç tərəfindən səfir Mikael Eriksson, Polşa tərəfindən səfir Mixal Labenda, Macarıstan tərəfindən isə səfir Jolt Çutora iştirak edib.

Görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə fikir mübadiləsi aparılmış, ikitərəfli əlaqələrin genişləndirilməsi, təcrübə və tələbə mübadiləsi, münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

Şərhlər