Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qafqaz universiteti ilə birgə əmək sərgisi keçirib. Sərginin keçirilməsində əsas məqsəd tələbə və məzunları dövlət təşkilatları və şirkətlərlə tanış etmək, onların işədüzəlməsini təmin etməkdir.
Sərgidə 70-dən çox şirkət 300-dən çox iş yeri təqdim edib. Sərgiyə çıxarılan iş yerləri əsasən mütəxəssis peşələridir. İş yerləri üzrə əmək haqqı 200 manatdan 1000 manat arasında dəyişir. Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəylinin sözlərinə görə, ötən il belə tədbirlərdə 400 gənc mütəxəssis işlə təmin edilib. A.Bədəlbəyli böhranın Azərbaycanın əmək bazarında ciddi dəyişikliklərə səbəb olmadığını da bildirib. /ANS TV/