Məzunlar “Son zəng”i qeyd etməsələr də, olar
19 May 2009 Çərşənbə Axşamı 16:10
“Son zəng”i qeyd etmək hər bir gəncin arzusudur. Amma bunu şouya çevirmək, kütləviləşdirmək, müəyyən qüvvələrin bundan istifadə etməsinə şərait yaratmaq düzgün deyil”.
APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov bildirib: “Mən nazir olaraq bunun əleyhinəyəm. Məktəbləri həmin gün kütləvilik yaratmamağa çağırıram”.
““Son zəng” ləğv oluna bilərmi” sualına cavab olaraq nazir bununla bağlı hər hansı qərar olmadığını deyib: “Bu hər bir məktəbin arzusu ilə olan məsələdir. Şagirdlər dərsə gəlib, sonra evlərinə gedib imtahanlara hazırlaşmalıdırlar. Onlar “Son zəng”i qeyd etməsələr də, olar”.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar