Məşədixanım Nemətovaya “Şöhrət” ordeni verildi
04 Mart 2009 Çərşənbə 20:55
Tarixçi alim Ermənistan, Gürcüstan və Dağıstan ərazilərindəki müsəlman kitabələrini tədqiq edib

 

Prezident İlham Əliyev Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə Məşədixanım Sədulla qızı Nemətova “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Tarix elmləri namizədi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemətova əmək fəaliyyətinə 1953 ildən Azərb. SSR Elmlər Akademiyasının Tarix İnstitutunda başlayıb. O, 1971 ildən epiqrafika qrupunun, 1993 ildən isə Arxeologiya İn-unda eyniadlı qrupun rəhbəridir. Azərbaycanın orta əsrlər epiqrafik abidələrini tədqiq edir. Ermənistan, Gürcüstan və Dağıstan ərazilərindəki müsəlman kitabələri haqqında da tədqiqatları var. 300-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar