Memarlıq və İnşaat Universitetinin müəlliməsi saxlanılıb
25 Avqust 2010 Çərşənbə 14:10
Memarlıq və İnşaat Universitetinin müəlliməsi saxta diplom satmaqda təqsirli bilinir.
Memarlıq və İnşaat Universitetinin müəlliməsi saxta diplom satmaqda ittiham olunur. Daxili İşlər Nazirliyinin (DİN)mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İnşaat Universitetinin müəlliməsi Arifə Hacıyeva və Bakı şəhər sakini Lyudmila Məmmədova saxlanılıb.

Məlumata görə, onlar Qroznı Dövlət Neft İnstitutunu bitirməsi barədə diplomu, Bakı şəhər sakini Orxan Nağıyevə 12500 dollara satdıqları üçün tutulublar.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar