Meleyke Abbaszade vetendaşları qebul edecek
27 May 2013 Bazar Ertəsi 22:34
TQDK sedri Meleyke Abbaszade Göyçayda qebul keçirecek.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Göyçay və Şamaxı şəhərlərində vətəndaşları qəbul edəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, Göyçayda keçiriləcək qəbulda bu rayondan, Ucar, Kürdəmir, Ağdaş, Ağsudan olan vətəndaşlar və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Şamaxıda keçiriləcək qəbulda isə bu rayondan, Qobustan, İsmayıllıdan olan vətəndaşlar və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Göyçayda qəbul iyunun 5-də bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Şamaxıda isə qəbul iyunun 7-də bu şəhərdəki Heydər Əliyev Mərkəzində olacaq.

Qəbula gəlmək istəyən vətəndaşlardan komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Göyçay regional bölməsinə müraciət etmələri (əlaqə telefonu (020) 2746674) xahiş olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar