Məleykə Abbaszadə: Valideynlər və abituriyentlər aldanmasınlar
20 İyul 2012 Cümə 12:46
Bundan sonra heç kimin imtahanda topladığı balda dəyişiklik baş verməyəcək.
“Son zamanlar xarici ölkələrin ali məktəblərinə imtahansız qəbulla bağlı reklamlar artıb.
Abituriyentlər və valideynlər belə məlumatlara aldanmamalıdırlar”. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

TQDK sədri ali məktəblərə qəbul imtahanlarında iştirak edərək müsabiqə şərtlərini ödədiyi üçün ixtisas seçiminə buraxılan abituriyentlərin valideynlərinə müraciət edib: “Bəzi valideynlər övladlarının ali məktəbə ixtisas seçiminin aparılması üçün müxtəlif işgüzar insanlardan kömək istəyirlər. Amma abituriyentlər özləri bu işi bacara bilərlər. Mən valideynlərə müraciət edirəm ki, TQDK-nın məlumatları əsasında qərar versinlər. Bəllidir ki, bundan sonra heç kimin imtahanda topladığı balda dəyişiklik baş verməyəcək. Ona görə, valideynlər bu ballar əsasında övladlarının ixtisas seçiminin aparılmasına yardım göstərsinlər”.

TQDK sədri bildirib ki, bu yaxınlarda Türkiyənin 20 universitetinə imtahansız və ödənişsiz əsaslarla azərbaycanlı abituriyentlərin qəbulunun mümkünlüyü ilə bağlı reklamla rastlaşıb: “Amma məlum oldu ki, bu, yalnız 700 bal toplayanlara aiddir. 700-dən aşağı bal toplayanlar isə həmin universitetlərdə ödənişli əsaslarla təhsil almalıdır. Ona görə də valideynlər bu məsələdə çox diqqətli olsunlar ”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar