Məleykə Abbaszadə: “ “İlin ən yaxşı müəllimi” düzgün müəyyənləşdirilmir”
24 Noyabr 2012 Şənbə 14:01
"Gəlin görək həmin məktəblər arasında fərmana əsasən "İlin ən yaxşı məktəbi" seçilənlər varmı?".
“Hər il prezident İlham Əliyevin sərəncamı ilə “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” seçilir. Ancaq təəssüflər olsun ki, çox az halda “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəb”ini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahanın nəticələrinə əsasən yüksək nəticə göstərənlər siyahısında görmək mümkün olur”. APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə komissiyanın 20 illiyinə həsr olunan dəyirmi masada deyib.

O bildirib ki, TQDK da hər il qəbul imtahanlarında yüksək nəticə göstərən orta məktəblər haqqında statistik məlumatlar hazırlayır: “Yüksək nəticə göstərən məktəblərlə bağlı statistik məlumatların siyahısı rayonların hər birinə təqdim edilir. Amma gəlin görək həmin məktəblər arasında fərmana əsasən "İlin ən yaxşı məktəbi" seçilənlər varmı? Buna çox az halda rast gəlmək olur. TQDK tərəfindən keçirilən qəbul imtahanlarında hansısa parametrlər yoxlanılır. Bəlkə “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” seçilərkən təhsil təşkilatlarının bu göstəriciləri yox, başqa məsələlər nəzərə alınır, bunu bilmirəm”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar