Məktəbli qızların yarışı başa çatdı
15 Aprel 2010 Cümə Axşamı 20:15
Basketbol yarışında 132 nəfər məktəbli iştirak edib.
Nəsimi rayon 164 saylı məktəbin idman zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən paytaxt məktəbliləri arasında 22-ci spartakiadanın proqramına daxil olan qızlar arasında basketbol üzrə yarış keçirilib.

Yarışda 11 rayon komandası tərkibində 132 nəfər iştirak edib. Yarışın nəticələrinə görə birinci yerə Nizami rayon 145 saylı məktəbin komandası, ikinci yerə Qaradağ rayon 139 saylı məktəbin komandası, üçüncü yerə isə Sabunçu rayonu 169 saylı məktəbin komandası layiq görülüb.

Yarışda ilk üç yeri tutmuş komandalar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar