Məktəbli geyimlərinin satış qiymətləri açıqlanıb
11 Avqust 2011 Cümə Axşamı 12:22
Geyim dəstlərinin qiyməti ölçüdən asılı olaraq 40-55 manat arasında dəyişir


Bakı. Sevil Zeynalqızı-APA. “Bakı Tikiş Evinin paytaxtın 11 rayonunda məktəbli formalarının satışına dair ixtisaslaşmış mağazaları fəaliyyət göstərir. Amma alıcılar əsas binada yerləşən mağazadan mal almağa üstünlük verirlər. Bu isə sıxlığa və növbəyə səbəb olur. Biz əhaliyə müraciət edirik ki, hər kəs yaşadığı rayondakı mağazalara gedə və formaları rahatlıqla əldə edə bilərlər. Həmin mağazalarda formaların bütün ölçüləri var”. Bu açıqlamanı APA-ya Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov verib.

Onun sözlərinə görə, son günlər məktəbli formalarının satışı artıb: “Məktəbli formalarının satışına may ayından başlamışıq. Mayda ay ərzində 15-20 dəst kostyum satılırdısa, indi bu rəqəm gündən-günə artır. Təkcə dünən Bakı şəhərində 600-dən çox məktəbli forması dəsti satılıb”.

E. Əzimov qeyd edib kİ, məktəbli formalarının qiymətləri bütün mağazalarda lövhələrə yazılaraq divarlara asılıb: “I-VI siniflər üçün, 26-38 ölçü məktəbli dəstinin qiyməti 40 manatdır. Dəstə köynək, jilet, pencək, qızlar üçün yubka, oğlanlar üçün isə şalvar daxildir. Ayrı-ayrılıqda götürəndə 26-38 ölçü kostyumun qiyməti 30 manat, jilet 5 manat, köynək 5 manatdır. 40-44 ölçü dəstin qiyməti 45 manat, yuxarı siniflər üçün 38-48 ölçü dəstin qiyməti isə 53 manatdır. 50-54 ölçü dəstlər isə 55 manata satılır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar