Məktəblərə video-texnologiyalar gəlir
11 İyul 2010 Bazar 20:05
Tədris müəssisələri arasında kommunikasiyaların daha səmərəli təşkili üçün videozəng imkanı yaradan texnologiyalar tətbiq olunur.
Müxtəlif tədris müəssisələri arasında kommunikasiyaların daha səmərəli təşkil olunması məqsədi ilə videozəng imkanı yaradan texnologiyalar tətbiq olunur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər ki, “Elektron məktəb” layihəsi Bakı, Sumqayıt və digər şəhərlərin 30 məktəbində həyata keçirilir.
Hazırda məktəblər Azərbaycanın təhsil şəbəkəsinə (AzEduNet) fiber-optik kabellə qoşulur. Videozənglər isə İP-telefoniya vasitəsilə həyata keçirilir.
AzEduNet şəbəkəsi vasitəsilə, həmçinin videokonfransların, interaktiv videokommunikasiyaların və digər tədbirlərin keçirilməsi mümkün olacaq və bu, bilik mübadiləsi prosesini daha da təkmilləşdirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: